current location : Lyricf.com
/
Songs
/
Garde l'équilibre [Azerbaijani translation]
Garde l'équilibre [Azerbaijani translation]
turnover time:2024-05-02 00:13:06
Garde l'équilibre [Azerbaijani translation]

[H Magnum :]

Həftəsonunu səbirsizliklə gözləyirəm,

İstedadıma görə məni bölməyə çağırırlar

Parisdə yaxşı bir şey qalmayıb,

Çirkin qıza nə vaxtsa "sən Sonia Rykiel-sən" demisənmi?

Mətbuatın və qara camaatın bəyənmədiyi,

Kəsilmiş sap kimi

Qırağa atılmış abırlı qızların

Dünyasına xoş gəlmisən.

Tək yeyə-yeyə axırda tək də boğularsan.

Minitel kimi köhnəlmisən.

Mən Le Ministère qrupu qədər acıdiləm.

İndi isə söz Nichel-indir

Buradan Linselles-ə qədər, Rafiqdən ya Hişamdan soruş.

Deyirsən ki, mənim minlərlə pərəstişkarım var,

Amma qəlbimdə milyonlarla dərd var.

Mənə pul lazımdır.

Məni qısqanma, mən vaxtında əkilən qardaşlara paxıllıq edirəm.

Özünü ələ ala bilmirsənsə, məni dəvət eləmə.

Yolunu azma, yoxsa detektiv romanlarına düşərsən.

Bu sadəcə qəmli bir dəqiqəlik mövzudan kənar söhbətdir.

Bu hətta hərbiçilər arasında baş verir.

Sponsorum mənə emaillər göndərir

Nikahım də yalnız Finistère-ə qədərdir.

[Indila :]

Özünü möhkəm saxla, həyat hamıdan alır, hamıya verir

Və bizə yaşamaq zövqünü bəxş edir.

Dünyadır səs salan, səs salan,

Röyalar zamanıdır, dəli xəyallar zamanıdır.

Bu qədər sadəlövh olma, niyə təəcüblənirsən?

Qızılgüllər sonda baş əyir

Və buna baxmayaraq sən hələ də inanmağa, inanmağa cəhd atırsan.

[H Magnum :]

Çıxıb gedəndən bəri bekar qalmışam,

Çərxi-fələk fırlanır, hərə həyatının şöhrətli on beş dəqiqəsini yaşayır.

Mənim gələcəyim üfüqdədir,

Və yarı yolda gözləyən mənim inamım, mənim səbəbimdir.

Bağışla, amma sən daha qaldın keçmişdə.

Mənim qızıl medala, Goncourt mükafatına haqqım var.

Çünki görürəm ki, hərəmizin öz həyatı var,

Və bir gün yolumuz ayrılsa onun bahasını ödəyəcəyik.

Mən elə bir küçədə böyümüşəm ki, orada xeyriyyəçi gözləməkdənsə mübarizə aparmağa üstünlük verirlər.

Mən bir qibləgah deyiləm, Lidl-də bazarlıq edən orta təbəqədənəm,

Qol-qanadımı qıran insanlarla çox oturub dururam, gərək bu qandaldan özümü azad eləyəm.

[Indila :]

Özünü möhkəm saxla, həyat hamıdan alır, hamıya verir

Və bizə yaşamaq zövqünü bəxş edir.

Dünyadır səs salan, səs salan,

Röyalar zamanıdır, dəli xəyallar zamanıdır.

Bu qədər sadəlövh olma, niyə təəcüblənirsən?

Qızılgüllər sonda baş əyir

Və buna baxmayaraq sən hələ də inanmağa, inanmağa cəhd atırsan.

İnsani macəra səni cəlb edir,

Nəfəsin kəsilə-kəsilə qaçırsan,

Amma qət etdiyin yol buna dəyər.

Nəticəsi qeyri-müəyyən olsa da,

Əziyyətə dəyər, əziyyətə dəyər.

[H Magnum :]

Arxam yerə dəyənə qədər məğlub olduğumu boynuma almaram.

Arxam yerə dəyənə qədər məğlub olduğumu boynuma almaram.

[Indila :]

Özünü möhkəm saxla, həyat hamıdan alır, hamıya verir

Və bizə yaşamaq zövqünü bəxş edir.

Dünyadır səs salan, səs salan,

Röyalar zamanıdır, dəli xəyallar zamanıdır.

Bu qədər sadəlövh olma, niyə təəcüblənirsən?

Qızılgüllər sonda baş əyir

Və buna baxmayaraq sən hələ də inanmağa, inanmağa cəhd atırsan.

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
Indila
  • country:France
  • Languages:French, English
  • Genre:Pop, R&B/Soul
  • Wiki:https://fr.wikipedia.org/wiki/Indila
Indila
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved