current location : Lyricf.com
/
Songs
/
Vecsiz lyrics
Vecsiz lyrics
turnover time:2024-05-18 06:05:25
Vecsiz lyrics

(Nəqarət: AiD)

Əllərimi burax, ondansa ürəyimdən yapış!

Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış

(Verse: AiD)

Bir qurtum su, həyatın dadı bitməsin deyə son günə saxla

Mən artıq doydum, bu sevgi odu sönməsin deyə küləyi saxla

Damcılar, sevgin kimi tez-tez gedir amma ki, iz qoyur

Dalğalar, rəqsin kimi səliqəsiz sahilə briz qoyur

Sadəlöhv ümiddin, əlində yenə danışılmış nağıllar

Sən qəlbimi tərk etsən də, tərk etməz tanış olmuş ağrılar

Biz həyatı sevmək istəsək də

Cənnəti görmək istəsək də

Ölmədən getmək istəsək də

Bıraxmaz günahlar bizi

(Nəqarət: AiD)

Əllərimi burax, ondansa ürəyimdən yapış

Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış (x2)

(Verse: AiD)

Yenə durğun günlər kimi

Tək-tənha güllər kimi

Tez bitir, tez solur amma qəlbimdə

İz qoyurdu ötən illər kimi

Bəzən bir fikir kimi

Beyində dünən olub amma bu gün yox

Son ümid olan günəş kimi

Üfüqdə sabah çıxar amma bu gün yox

Taleyin artıq kobud olub əlləri

Daşlamaqdan həyatımın günlərin

İçindəyəm qara-qura vərəqlərin

Sevməməkdə məni yox səbəblərin

Günah məndəmi bitmirsə dərdlərin

Üzülmə çıxanda boşa sevgi cəhdlərin

Bütün bu səhvlərin çevrilər düzə

Çıxanda ürəyinin içindəki üzə

(Nəqarət: AiD)

Əllərimi burax, ondansa ürəyimdən yapış

Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış(x2)

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
Orxan Zeynallı (AiD)
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:http://www.orkhanzeynalli.com/
  • Wiki:http://en.wikipedia.org/wiki/H.O.S.T.
Orxan Zeynallı (AiD)
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved