current location : Lyricf.com
/
Songs
/
U.U.A.A. lyrics
U.U.A.A. lyrics
turnover time:2024-05-18 06:39:49
U.U.A.A. lyrics

(Verse: AiD)

Rap Rap Rap diggin corpse up

When no hands up

Stop cheatin rap scope better just slap

Doubt suggest zap people just draft

Makes no mistake AiD gonna redraft

Qaqaşlar var tək dərdi priçoska

Elə rola girir qanə etməz heç “oskar”

Məmləkətin taleyin çəkic asta

Həll edəcək dəyəcək bitəcək show

Nə qədər pis həyatdan danışan var

Uğurun artanda deyir: tanışın var

Bahalı maşınlar küçələr tıxac

Kimilər çox tox amma çoxu çox ac

Tikə tikə çökdürəcəklər Bakını

Meşələri söküb əkəcəklər kaktus

Bəlkə kəndə döndərəcəklər Bakını

Küçələri gəz sifətlərə bax qus

(Chorus: Vlada)

UUAA nəqarətim başladı gəl indi bura uyğun söz seç

Burda trekə qarətim başladı dərdim və qorxum belə tez keçir

UUAA birazdan verse başlayır əsas bu yeri necəsə tez keç

Bu beat məni isti qarşıladı, mən susuram sözü özü düz seçir

(Verse: AiD)

Mənim stilim belədir futbolda hat trick, repdə hit track

Hərədə bir dənə rəqib varsa məndə rəqib cüt dirək

Bu bəlkə də tək fərq Nə qədər təqib edə bilər o qədər puldu guide-i Çək dərd,

öndə gedəni çək dər

Evində çörək yoxdu amma gözləyir iphone 6

Borc içdə yatır az qala damında var F16

Bu qədər sətiraltı, bax islatmasın altı

Hələ kef qabaqdadır kalonkanın səsini artır

Yaxşıki yad edə bilirik öləni yazaraq: “rest in peace”

Arada qəsdən biz oluruq filankəsdən pis

Dostları testdən biz keçirsək neçəsi qalar ?

Gedənin ləkəsi qalar, eləsin gecəsi baha

Sevənlər dəstək verir, nifrət edən baxış sayı

Nə gizlədim bu barmaqlar əl çirkini yaxşı sayır

Nə qədər var imkan vaxt itirməyin qarğışlayın

-Alo, salam, Orxanı olar ? -Səhv düşmüsüz -Bağışlayın chorus

(Chorus: Vlada)

UUAA nəqarətim başladı gəl indi bura uyğun söz seç

Burda trekə qarətim başladı dərdim və qorxum belə tez keçir

UUAA birazdan verse başlayır əsas bu yeri necəsə tez keç

Bu beat məni isti qarşıladı, mən susuram sözü özü düz seçir

(Verse: AiD)

Mənə bir repdən daha dəyərlidir futbol (goal)0

Mənə güc verə bilər Anfield yada Camp nou Bağıra bilər adımı danspol

Mənim ən son arzum dönsün geri Fergusson

Ehsan verəcəm olaraq özüm 7 nömrə formasında garson

Xiyarlar artıb o qədər bilmək olmur şəhərdi bu ya bostan

Neçə repperin iç üzünə baxsan çıxar ordan bəlkə məstan

Yetişən nəslin görəsən neçəsi gedər peredozdan

Var da müğənnilər bugün səsi seçilmir paravozdan

Konsert vaxtı damarlarım sübutdur canlı çıxışa

Dance et vaxtdıır bugün AiD burdadır həyəcanlı çox uşaq

Nə bilim birdə bu tip rep Məndən tələb edib dəb

Qədrim bilə bitib təb Endim sənə tərəf gəlib

Sən dözəsən gərək rep elə asan deyil

İzimə düşənin neçəsi yolda qaldı

Əsl şair hər sözə qafiyə tapan deyil

Əsl şair hər ürəyə yol tapandı

(Chorus: Vlada)

UUAA nəqarətim başladı gəl indi bura uyğun söz seç

Burda trekə qarətim başladı dərdim və qorxum belə tez keçir

UUAA birazdan verse başlayır əsas bu yeri necəsə tez keç

Bu beat məni isti qarşıladı, mən susuram sözü özü düz seçir

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
Orxan Zeynallı (AiD)
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:http://www.orkhanzeynalli.com/
  • Wiki:http://en.wikipedia.org/wiki/H.O.S.T.
Orxan Zeynallı (AiD)
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved