current location : Lyricf.com
/
Songs
/
Briz [Russian translation]
Briz [Russian translation]
turnover time:2024-05-18 08:02:05
Briz [Russian translation]

Bizə olmaz, ver əlini sus

Fərq eləmir nədir yolumuz

Soyuq olsa, olaram buz

Sən axı günəşsən

Budur sonumuz

Ötən aylara bax, illərə bax

Heç nə danışma, dinlə və bax

Mənim üçün sən ən uca dağ

Qucağın ətək, zirvə dodaq

Səni tapdım bir küçədə

Alıb itdın məni çərçivədən

Sevgiyə uduzar mərci bədən

Sevginin zəhəri təhlükəli civədən

Səni tapdım, məni sevəsən

Sevib unudasan ki, məntiqi sonuma çatım

Ümid vermə, yox

O yaşım deyil

Gəl, olan - qalan ümidi al

Amma qoyma batım

Briz atıb sahilə məni sənsiz

Ver əlini, üz

Enək dərinə

Olaq sonsuz dəniz

Səni tapdım, yanımda qal

Ya da çıx get, yanımda olma

İstəyirsən dərd ol, istəyirsən ağrı

Amma nə olar yalandan olma

Səni tapdım, məni incit

Məni qoy get, yağışla bax

Sonra geri dön

“Bağışla” de

Səni yox, sevirəm səni bağışlamağı

Axı səni tapdım, necə itirim indi

Qalxan ocaq idim, fitilim endi

Dəyişib, gülmək, sevmək rəngin

Sən dəyişmisən, Orxan həmindir

Səni tapdım, boş okeanda

Məni də apar, gülüşün son gəmimdir

Ağladın, Bakı yandı

Göz yaşın məni dibə aparan su pərimdir

Sənə çatdım

Amma gec idi

Bu üzüntü yox, tərcih idi

Qəlizəm axı tez çözdün məni, sevgilim

Dəniz suyu bilib üzdün məni, sevgilim

Son qara ton

Gecə çox monoton

Öp, günaha batım

Həyəcan vermə, o yaşım deyil

Gəl, olan - qalan canı al

Amma qoyma batım

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
Orxan Zeynallı (AiD)
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:http://www.orkhanzeynalli.com/
  • Wiki:http://en.wikipedia.org/wiki/H.O.S.T.
Orxan Zeynallı (AiD)
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved