current location : Lyricf.com
/
Songs
/
Birotaqlı Ev lyrics
Birotaqlı Ev lyrics
turnover time:2024-05-18 08:35:13
Birotaqlı Ev lyrics

(verse: AiD)

Ailədə üç uşaq idik, üçümüz də tez böyüdük

Ya illər tələsdi, ya da qocalmağı böyümək zənn etmək

Zamanın təkid etdiyi bir həvəsdi,

İnanıb yaşlanıram, biraz olar gəldim işdən evə

Bağışla, söhbətə heç vaxt salamdan başlamıram

Piyada gəldim istədim biraz yağışda qalım

Sən Allah!

Bağışla halım pisdi biraz kefim də yoxdu sən deyən

Hardasa artıq 18 ildi

Sağ qonşum bərbər bax bu böyürdəkisə gizirdi

Hərbi hissə var burda bayaq topayla əsgərlər gəzirdi

Gəl, çay süzüm bağışla ev də törtöküntüdü

Tək qalıram səliqə, tək qalan kişini hörküdür

Damım damır, evdə darıxmıram yağışçün

Yoxdu deyə, qapım açıq deyil dost-tanışçün

96cı ildən çəkirəm bu zibili

Cəhənnəm xatırladar mənə Bakını

Necə Hüseyn Cavidə Sibiri

(Nəqarət: Tomris)

Pəncərəmdən, görünən yaraşıqlı şəhər üşüdür məni

Gözlərindən, susaraq danışım həyatım eşidir məni

Tək qalanda, birotaqlı dünyamda dörd divar içində

Boğulur sevgilər içimdə, doğulur ağrılar içimdə

(verse: AiD)

İlk səsi eşidən kimi qaçmışdım çölə uşaqlar həyətdəydi

Gözümə qürubun elçisi olan qırmızı şəfəqlər dəydi

Əzrail üfüqdəydi,

Gülləylə bir qanad çalıb

Canın alıb doğmalarımın ölümü önümdəydi

Güllələrtək yetişən ailə 4 gülləylə yarım qaldı

Qızımla qaçdım meşəyə o biri dünyada yarım qaldı

Budaqlardan çiynimə tökülən qar əriyir qandan

Alışmış evlərdəki nalələrdən əriyir damlar

Mərd insanlar döyüşdə ölümə qərq insanlar

İllərin ağrıların mücrülərtək qəlbim saxlar

Əllərimi açıb yalvardım ay Allah dəyiş alın yazımı

Əllərimin içində vurdular ayaqyalın qızımı

Qalıb döyüşdüm iki il qaçmadım Azərbaycandan

Heyif qaytarmadı itirdiyim canları aldığım canlar

Soyadımı daşımağa biri qalmayıb həyatda bu da bir dərd

(Heç kim qalmayıb)

Adımısa bəlkə öləndən sonra daşıyar küçə ya məktəb

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
Orxan Zeynallı (AiD)
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:http://www.orkhanzeynalli.com/
  • Wiki:http://en.wikipedia.org/wiki/H.O.S.T.
Orxan Zeynallı (AiD)
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved