current location : Lyricf.com
/
Songs
/
Più che puoi [Azerbaijani translation]
Più che puoi [Azerbaijani translation]
turnover time:2024-04-27 01:40:17
Più che puoi [Azerbaijani translation]

Müalicə etmək mümkün deyil

Həyat adında xəstəliyi.

Bu məsələnin nə qədər

Ciddi olduğunu bilirsən.

Əgər sənə bir az əziyyət verirsə

Onu yaşamaqla cəzalandır.

Bu ona qəfildən hücum etməyin

Yeganə üsuludur.

Bacardığın qədər, bacardığın qədər

Bu anı əlinə al, ondan möhkəm tut.

Bacardığın qədər, bacardığın qədər

Tutduğunu buraxma.

Onun içərisində həyatı bacardığın qədər yaşamaq üçün

Ümid etdiyin bütün həyacan vardır.

Sənə imkan verilib - duyğu vergisi.

Eşqin verdiyi ən bərk ağrıya məlhəm tapa bilməzsən.

O, içində saxladığın hər bir xatirəni dağıdır.

Sənə bunu deyirəm, çünki özüm bilirəm.

Sənə dəyərli olanı müdafiə et, ürəyini satma,

Çünki ətrafında heç nə qalmayıb,

Getməyə yer də qalmayıb.

Bacardığın qədər, bacardığın qədər

Bu həyatı götür və yaşa.

Bacardığın qədər, bacardığın qədər

Onu əldən vermə.

Çünki bu həyatda mən bir şey dərk etmişəm

Bizik, bizik ki,

Özümüzü daima təəcübləndirmək arzusundayıq,

Bizik ki,

Bacardığımız qədər həyatı yaşamaq üçün

Bizdə olan bu yüngül təşvişi

Hələ də qoruyub saxlayırıq.

Dərindən nəfəs al,

Əllərini uzat dünyaya

Və nə varsa hər şeyi qucaqla,

Bütün olan həyəcanı.

Bacardığın qədər, bacardığın qədər

Bu həyatı götür və yaşa.

Bacardığın qədər, bacardığın qədər

Onu əldən vermə.

Çünki bu həyatda bir şey dərk eləmişəm

Bacardığın qədər, bacardığın qədər

Bu anı əlinə al, ondan möhkəm tut.

Bacardığın qədər, bacardığın qədər

Tutduğunu buraxma.

Onun içərisində həyatı bacardığın qədər yaşamaq üçün

Ümid etdiyin bütün həyacan vardır.

Həyatı bacardığın qədər

Yaşamaq üçün...

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
Eros Ramazzotti
  • country:Italy
  • Languages:Italian, Spanish, English, Portuguese, Chinese (Cantonese)
  • Genre:Pop, Rock, Singer-songwriter
  • Official site:http://www.ramazzotti.com/
  • Wiki:https://en.wikipedia.org/wiki/Eros_Ramazzotti
Eros Ramazzotti
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved