current location : Lyricf.com
/
/
Axşamlar [Arabic translation]
Axşamlar [Arabic translation]
turnover time:2024-06-02 21:15:53
Axşamlar [Arabic translation]

Yoruldu duyğularım, sənin yolunda daha.

Sevməyə yoxdu halım, bezib sonunda daha.

O, sənli arzularım, yox olur yoxdu daha.

Verirəm son qərarım, səninlə ayrılığa.

Xəyanət alovunda, o sevgi yandı getdi.

Sənin günahlarınla, bizdən utandı getdi.

Unudarsan hər şeyi, bəlkə sevib yenidən.

Sevişməmizin dadını, ala bilsən özgədən.

Bu soyuq axşamlar,

səndən soyuyur qəlbim.

Yada düşsə də ötən anlar,

səni ürəyimdən sildim.

Bu soyuq axşamlar,

səndən soyuyur qəlbim,

Yada düşsə də ötən anlar,

səni ürəyimdən sildim.

Sənə bir daha dönməyəcəm,

bu qüruruma söz verdim.

Arasan belə dinməyəcəm,

sükutumla gedər dərdim.

Səni əhv edə bilməz ürək,

daha qalmadı heç dəyərin.

Zaman hər şeyi həll edəcək,

bir başqası tutar yerin.

Bu soyuq axşamlar,

səndən soyuyur qəlbim,

Yada düşsə də ötən anlar,

səni ürəyimdən sildim.

Bu soyuq axşamlar,

səndən soyuyur qəlbim,

Yada düşsə də ötən anlar,

səni ürəyimdən sildim.

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
Talib Tale
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Turkish
  • Genre:Alternative, Dance, Pop
  • Official site:https://www.youtube.com/channel/UCnslh81yIfuR7rDLeEuKH-A
  • Wiki:https://az.wikipedia.org/wiki/Tal%C4%B1b_Tale
Talib Tale
Talib Tale Also Performed Pyrics
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved