current location : Lyricf.com
/
Songs
/
봄날 [Spring Day] [bomnal] [Azerbaijani translation]
봄날 [Spring Day] [bomnal] [Azerbaijani translation]
turnover time:2024-04-28 16:09:30
봄날 [Spring Day] [bomnal] [Azerbaijani translation]

Səninçün darıxıram

Bunu deyəndə

Səninçün daha çox darıxıram

Sənin şəkillərinə baxıram

Amma hələ də darıxıram

Zaman çox zalımdır

Bizə nifrət edirəm

İndi daha çətindir

Bir-birimizin üzünü görmək

Burda ancaq qış olur

Hətta Avqustda da, qışdır

Mənim ürəyim hələ də döyünür

Tək qalmış Snowpiercer kimi

Mən sənin əlini tutmaq istəyirəm

Və dünyanın digər tərəfinə gedib

Bu qışa son qoymaq istəyirəm

Nə qədər qar kimi kədər yağmalıdır ki

Yaz günləri gəlsin, dostum

Tozun balaca

Hissəsi kimi

Havada uçuşur

Əgər uçan qar mən olsaydım

Bacarsaydım

Sənə daha tez çatardım

Qar dənələri düşür

Yavaş yavaş aradan çıxır

Səninçün darıxıram,səninçün darıxıram

Nə qədər daha gözləməliyəm?

Neçə gecə daha oyaq qalmalıyam?

Səni görənə qədər?

Səninlə görüşənə qədər?

Soyuq qışın kənarından keçirik

Yaz günləri gələnə qədər

Güllərin çiçəklənəcəyi günə qədər

Orda bir az daha qal

Orda qal

Sən dəyişmisən?

Yoxsa dəyişən mənəm?

Keçən ana nifrət edirəm

Biz dəyişdik başa düşürsən?

Hamı kimi, başa düşürsən?

Hə, sənə nifrət edirəm

Sən məni tərk elədin

Sənin haqqında düşünmədiyim bir gün belə olmadı

Vallah, səninçün darıxıram

Amma səni siləcəyəm

Çünki bu səni günahlandırmaqdan daha az incidəcək

Ağrı içində sənə nəfəs verməyə çalışıram

Tüstü kimi ağ tüstü kimi

Səni siləcəyimi deyirəm

Amma düzü hələ də səni getməyə qoymağı bacamayacağam

Qar dənələri düşür

Yavaş yavaş aradan çıxır

Səninçün darıxıram,səninçün darıxıram

Nə qədər daha gözləməliyəm?

Neçə gecə daha oyaq qalmalıyam?

Səni görənə qədər?

Səninlə görüşənə qədər?

Sən hər şeyi bilirsən

Sən mənim ən yaxşı dostumsan

Yenə səhər olacaq

Çünki heç bir qaranlıq

Heç bir fəsil

Əbədi deyildir

Albalı çiçəkləri çiçəkləyir

Qış sonlanır

Səninçün darıxıram, səninçün darıxıram

Bir az daha gözləsəm

Bir neçə gecə daha oyaq qalsam

Mən səni görməyə gələcəyəm, səni götürməyə gələcəm

Soyuq qışın kənarından keçirik

Yaz günləri gələnə qədər

Güllərin çiçəklənəcəyi günə qədər

Orda bir az daha qal

Orda qal

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
BTS (Bangtan Boys)
  • country:Korea, South
  • Languages:English, Korean, Japanese, Russian, Chinese
  • Genre:Electropop, Hip-Hop/Rap, Pop, Pop-Rock, R&B/Soul
  • Official site:http://bts.ibighit.com/
  • Wiki:https://en.wikipedia.org/wiki/BTS_(band)
BTS (Bangtan Boys)
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved