current location : Lyricf.com
/
Songs
/
High Hopes [Azerbaijani translation]
High Hopes [Azerbaijani translation]
turnover time:2024-05-01 18:29:12
High Hopes [Azerbaijani translation]

Olduğumuz yerin üfüqində yaşayırdıq gənckən

Cazibəli və möcüzəli dünyada

Düşüncələrimiz başıboş gəzinirdi durmadan və sərhəd tanımadan

Bölünmə zəngi çalmağa başladı

Uzun Yol boyunca və Keçiddən aşağıya doğru

Hələ də kəsişmə nöqtəsində görüşürlərmi?

Səs-küylü bir qrup gəlirdi bizim izimizdən

Zamandan öndə qaçıb, götürüb apardı xəyallarımızı

Geridə sayısız kiçik varlıqları, bizi bağlamağa çalışan yer üzünə

Ağır-ağır çürüyən bir yaşama

Otlar daha yaşıl idi

İşıqlar daha parlaq idi

Dostlarla əhatəli

Möcüzəli gecələrdə

İrəlisinə baxırıq geridə qoyduğumuz körpülərin qızaran közlərindən

Bir anlıq gözümüzə sataşır nə qədər yaşıl olduğu o biri tərəfin

İrəliyə addımlayırıq lakin xəyallarımız geri qayıdır

İçimizdəki dalğanın bizi sürüməsiylə

Daha hündürdə açılmış bayraq ilə

Çatdıq baş döndürücü sərhədlərinə xəyallardakı dünyanın

Sonsuza qədər arzu və istəklərlə yüklü

Burada hələdə doymamış aclıq var

Yorğun baxışlarımız hələ də başıboş gəzir üfüqlərdə

Çırpılıb dayansaq da bu yolun üstünə dəfələrlə

Otlar daha yaşıl idi

İşıqlar daha parlaq idi

Dostlarla əhatəli

Möcüzəli gecələr

Dostlarla əhatəli

Qızarmış şəfəq

Axan su

Sonsuz axan çay

Daima və həmişəlik

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
Pink Floyd
  • country:United Kingdom
  • Languages:English
  • Genre:Progressive rock, Psychedelic, Rock
  • Official site:http://www.pinkfloyd.co.uk/
  • Wiki:http://en.wikipedia.org/wiki/Pink_Floyd
Pink Floyd
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved