current location : Lyricf.com
/
Songs
/
Photograph [Azerbaijani translation]
Photograph [Azerbaijani translation]
turnover time:2024-05-03 22:36:38
Photograph [Azerbaijani translation]

Sevgi acı verər, sevgi bəzən yaralar

Fəqət bildiyim yeganə bir şey var,

Çıxmaza düşəndə, uçurumun küncündə

Bizləri həyata yalnız bu hiss bağlar

Bu eşqi fotoqrafiyaya həkk etməklə,

Özümüzə,

Gözlərimizin heç vaxt bağlanmadığı,

Könüllərimizin heç sınmadığı,

Zamanın əbədi donduğu, səssiz

xatirələr bağışladıq...

Baxışlarımız toqquşana qədər məni özünə yaxın,

Yırtıq jinsinin cibində saxla,

Heç vaxt tənha qalmaman üçün,

Evə dönməyimi arzula...

Sevgi məlhəmdir, sevgi ruha dəvadır,

Budur mənə bəlli yeganə həqiqət ,

Hər şey yoluna girəcək, inan

gözlərimizi əbədi yumduğumuzda,

sənə aid hər parçanla bir,

Özümüzlə apara biləcəyimiz yeganə şey SEVGİDİR..

Bunu heç unutma...

Bu eşqi fotoqrafiyaya həkk etməklə,

Özümüzə,

Gözlərimizin heç vaxt bağlanmadığı,

Könüllərimizin heç sınmadığı,

Zamanın əbədi donduğu, səssiz

xatirələr bağışladıq...

Baxışlarımız toqquşana qədər məni özünə yaxın,

Yırtıq jinsinin cibində saxla,

Heç vaxt tənha qalmaman üçün,

Evə dönməyimi arzula...

Sən məni incitsən belə,

Eyib etməz balaca,

bundan böyük dərdlər var,

Təki bu vərəqlərdə məni sən saxla,

mən də buraxmayım səni əsla

Evə dönməyimi (gözlə) arzula...

Evə dönməyimi arzula...

Evə dönməyimi arzula...

Evə dönməyimi arzula

Meni onaltı yaşında aldığın boyunbağıda,

Qəlb döyüntülərinin yaxınında,

yəni aid olduğum yerdə,

Ta dərində ruhunda,

Saxla…

və məni incitsən belə,

Eyib etməz balaca,

bundan böyük dərdlər var,

Təki bu vərəqlərdə məni sən saxla,

mən də buraxmayım səni əsla

Və uzaqlara getdiyimdə, telefonda pıçıltılarını duyduqda,

O 6-cı küçədə fonarın düz altında

məni necə öpdüyünü anacam,

Evə dönməyimi gözlə, balaca...

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
Ed Sheeran
  • country:United Kingdom
  • Languages:English, Spanish, Gaelic (Irish Gaelic), Italian+2 more, Korean, Russian
  • Genre:Alternative, Folk, Pop, Pop-Folk, R&B/Soul, Singer-songwriter
  • Official site:http://edsheeran.com
  • Wiki:https://en.wikipedia.org/wiki/Ed_Sheeran
Ed Sheeran
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved