current location : Lyricf.com
/
Songs
/
40-cı paralel lyrics
40-cı paralel lyrics
turnover time:2024-05-18 09:00:36
40-cı paralel lyrics

Kaş, gözlərdən axan yaş olaydın,

Kaş, getməyəydin birgə yaşlanardıq

Son kəs bu döngələr səni səslər

Gəl, gözləyərəm

Gözləyərəm

Gözləyərəm

Qəribəsən Bakı, ürəyi olmayanlar itirilmiş sevgidən yazır. (nə isə)

Sonuncu qum dənəsi düşmədən yerə, xəyala gedən yolda,

Gələcəyi üçün insan keçmişini körpüdən atır.

Bir gün ölkədən qaçıb, azmaq idi arzum

Elə bilmə səni yaddaşdan pozmaq idi arzum.

Artıq donub əlləri, güclə dayanıb Cek.

Istəmədim batan gəmidə çalım violonçel.

Ömrü bizim ömrümüzdən uzun bəstələrim var

Dərinlikdən qaça bilməzsən qayıqla ancaq

Zaman tunelində ilişib qalanlara pis xəbərim var!

Geriyə baxmadan qaçın uşaqlıq qayıtmayacaq

Həyat gedir dediyin anda birdən vaxt sancar

Üzünə baxıb deyər, keçir ömür böyüyürsən qocalırsan

Dinlə bu gecə təkcə məni

Elə bil ki, məndən mənim xoşbəxtliyimi borc alırsan.

Kaş, gözlərdən axan yaş olaydın,

Kaş, getməyəydin birgə yaşlanardıq

Son kəs bu döngələr səni səslər.

Gəl, gözləyərəm

Gözləyərəm

Gözləyərəm

Kaş, gözlərdən axan yaş olaydın,

Kaş, getməyəydin birgə yaşlanardıq

Son kəs bu döngələr səni səslər.

Gəl, gözləyərəm

Gözləyərəm

Gözləyərəm

Heç vaxt təkrar oxumayacağım sevimli kitab tək

Qalacan rəflərdə özünəməxsus yerdə,

Özünəməxsus tərzdə hərdən yada salıb

Bakı, sənin xislətin bizi bir birimizə baha satır.

Xatirəsi ağ qara şəkillər olan son nəsil bizik

"Happy End"lə bitməyən hər bir son əzir bizi.

Çox əsib dizim, amma ki, qaçdıqca yollar artır

Dünən qibləmiz manat idi, bu gün dollar artıq.

Mən səni tərk etmədim (yox, yox), seçim etdim.

Artıq illərdir ki, bu yarımadada həyat dustaq

Vermir nə ömür sınaqlar, nə də ki, taleh dostlar

Getmir "Səməd Vurğuna" prospektdən trolleybuslar

Bəlkə də dəyişəcək nə vaxtsa passportumun rəngi

Doğum yeri qalır eyni, necə gözlərimin rəngi.

Yollarını əzbər bilsən də yolunu azdıran şəhər

Kaş, gözlərdən axan yaş olaydın,

Kaş, getməyəydin birgə yaşlanardıq.

Son kəs bu döngələr səni səslər.

Gəl, gözləyərəm

Gözləyərəm

Gözləyərəm

Kaş, gözlərdən axan yaş olaydın,

Kaş, getməyəydin birgə yaşlanardıq.

Son kəs bu döngələr səni səslər.

Gəl, gözləyərəm

Gözləyərəm

Gözləyərəm

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
Orxan Zeynallı (AiD)
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:http://www.orkhanzeynalli.com/
  • Wiki:http://en.wikipedia.org/wiki/H.O.S.T.
Orxan Zeynallı (AiD)
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved